Hindistanda zavod partlayıb, 11 nəfər ölüb

Hindistanda zavod partlayıb, 11 nəfər ölüb Hindistanın baş naziri Narendra Modi ölənlərin yaxınlarına başsağlığı verib
Digər ölkələr
12 Fevral , 2021 17:45
Hindistanda zavod partlayıb, 11 nəfər ölüb

Hindistanın cənubundakı Tamil Nadu ştatının Açankulam şəhərində pirotexnika zavodunda baş verən partlayışlar nəticəsində azı 11 nəfər ölüb, 36 nəfər yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.

Daha əvvəl “The Times of India” qəzeti partlayışların zavodun dörd sexini məhv edən güclü yanğına səbəb olduğunu yazmışdı. Güclü yanğın xəsarət alanlara kömək etməyə çalışan xilasedicilərin işinə çox mane olub. Hazırda yanğın lokallaşdırılıb.

Hindistanın baş naziri Narendra Modi ölənlərin yaxınlarına başsağlığı verib.

Son xəbərlər

Orphus sistemi