Hindistanda yoluxma sayı 15 milyonu keçdi

Hindistanda yoluxma sayı 15 milyonu keçdi Hazırda 1,9 milyondan çox aktiv xəstə müalicə alır
Digər ölkələr
19 Aprel , 2021 08:08
Hindistanda yoluxma sayı 15 milyonu keçdi

Hindistanda ötən sutka ərzində COVID-19 infeksiyasına 275 306 yeni yoluxma faktı qeydə alınıb.

“Report” Hindistanın Federal Səhiyyə Nazirliyinin açıqlamasına istinadla xəbər verir ki, son 24 saat ərzində müalicə alan 1 625 pasiyent vəfat edib.

Qeyd edilib ki, ölkədə ümumi yoluxma hallarının sayı 15 057 767 nəfərə, ölüm hallarının sayı isə 178 793 nəfərə çatıb.

Nazirlik hazırda 1,9 milyondan çox aktiv xəstənin müalicə aldığını açıqlayıb.

Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların sayına görə dünyada ABŞ-dan sonra ikincidir.

Son xəbərlər

Orphus sistemi