Hindistanda yol qəzası baş verib, çox sayda ölən var

Hindistanda yol qəzası baş verib, çox sayda ölən var Hindistanın orta bölgəsində yerləşən Madhya Pradeş ştatında sərnişin avtobusu ilə avtorikşanın toqquşması nəticəsində 13 nəfər ölüb, bir neçə nəfər yaralanıb
Digər ölkələr
111
23 Mart , 2021 11:13
Hindistanda yol qəzası baş verib, çox sayda ölən var

Hindistanın orta bölgəsində yerləşən Madhya Pradeş ştatında sərnişin avtobusu ilə avtorikşanın toqquşması nəticəsində 13 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, Qvailor dairəsində səhər tezdən baş verən hadisədə ölənlər arasında 12 qadın və avtorikşanın sürücüsü də var. Ölənlərin 9-u hadisə yerində, qalanları yerləşdirildikləri xəstəxanada keçiniblər.

Həmin qadınlar uşaq sığınacağında aşpaz işləyir və avtorikşa ilə işdən evə qayıdırmışlar. Qarşıdan yüksək sürətlə gələn avtobus onlara çırpılıb.

Ştatın Baş naziri Şivrac Sinqh Çuçan ölənlərin və yaralananların ailələrinə maddi yardım göstərmək barədə tapşırıq verib.

Son xəbərlər

Orphus sistemi