Hindistanda təkmilləşdirilmiş qanadlı raket sınaqdan keçirilib

Hindistanda təkmilləşdirilmiş qanadlı raket sınaqdan keçirilib Hindistanda “BrahMos” səsdən iti qanadlı raketinin təkmilləşdirilmiş variantı uğurla sınaqdan keçirilib.
Digər ölkələr
20 Yanvar , 2022 17:09
Hindistanda təkmilləşdirilmiş qanadlı raket sınaqdan keçirilib

Hindistanda “BrahMos” qanadlı raketinin təkmilləşdirilmiş variantı uğurla sınaqdan keçirilib.

“Report” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi nəzdindəki Müdafiə Tədqiqatları və İnkişafı Təşkilatı (DRDO) tvitter hesabında məlumat paylaşıb:

“Təkmilləşdirilmiş imkanlara malik "BrahMos" səsdən iti qanadlı raketinin bu gün Odişa sahillərindəki Çandipur Vahid Sınaq Sahəsindən uğurlu sınaq uçuşu həyata keçirilib”.

Qeyd edək ki, “BrahMos” qanadlı raketlərini Hindistan və Rusiya birgə istehsal edir. Bu raketin ilk variantı 2001-ci ildə sınaqdan keçirilib. Ötən həftə həmin raketlərin dəniz variantı da uğurla sınaqdan keçirilib.

Son xəbərlər

Orphus sistemi