Hindistanda yaşayış evi uçub, ölənlər və xəsarət alanlar var

Hindistanda yaşayış evi uçub, ölənlər və xəsarət alanlar var Hindistanda yaşayış evinin uçması nəticəsində azı 7 nəfər həlak olub.
Digər ölkələr
14 Oktyabr , 2019 08:03
Hindistanda yaşayış evi uçub, ölənlər və xəsarət alanlar var

Hindistanda yaşayış evinin uçması nəticəsində azı 7 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə "National Herald" nəşri bildirib.

Qeyd edilir ki, hadisə Uttar-Pradeş ştatında, Mahammadaba şəhərində qeydə alınıb. Hadisə zamanı daha 15 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

İlkin məlumata görə, hadisəyə binada qaz balonun sızmasından yaranan partlayış səbəb olub.

Öz növbəsində NDTV telekanalı bildirib ki, hadisə zamanı ölənlərin sayı 10 nəfərə çatıb.

Hadisə yerində axtarış-xilasetmə əməliyyatı aparılır. Fövqəladə xidmətlərin əməkdaşları güman edirlər ki, dağıntılar altında hələ də sağ qalanlar var.

Polis hadisə ilə bağlı təhqiqat aparır.

Son xəbərlər

Orphus sistemi