Hindistanda yaşayış binasında yanğın olub, 7 nəfər ölüb, 15 nəfər yaralanıb

Hindistanda yaşayış binasında yanğın olub, 7 nəfər ölüb, 15 nəfər yaralanıb Hindistanın Mumbay şəhərində yaşayış binasındakı yanğın nəticəsində azı 7 nəfər ölüb, 15 nəfər yaralanıb.
Digər ölkələr
22 Yanvar , 2022 10:30
Hindistanda yaşayış binasında yanğın olub, 7 nəfər ölüb, 15 nəfər yaralanıb

Hindistanın Mumbay şəhərində yaşayış binasındakı yanğın nəticəsində azı 7 nəfər ölüb, 15 nəfər yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Mumbayın meri Kişori Pednekar məlumat verib.

Bildirilib ki, hadisə Mumbayın Qovaliya-Tank rayonunda 20 mərtəbəli binanın 18-ci mərtəbəsində baş verib. Yanğın baş verən əraziyə xilasedicilər, 13 yanğınsöndürən maşın cəlb edilib.

Hadisənin səbəbi araşdırılır.

Son xəbərlər

Orphus sistemi