Hindistanda xəstəxanada yanğın zamanı 13 koronavirus xəstəsi həlak olub

Hindistanda xəstəxanada yanğın zamanı 13 koronavirus xəstəsi həlak olub Hindistanın Maxaraştra ştatında xəstəxanada baş vermis yanğın nəticəsində reanimasiyanın azı 13 pasiyenti həlak olub
Digər ölkələr
23 Aprel , 2021 07:37
Hindistanda xəstəxanada yanğın zamanı 13 koronavirus xəstəsi həlak olub

Hindistanın Maxaraştra ştatında xəstəxanalardan birində baş vermis güclü yanğın nəticəsində reanimasiya şöbəsinin azı 13 pasiyenti həlak olub.

“Report” xəbər verir ki, bu barədə ANI informasiya agentliyi bildirib.

Məlumata görə, yanğın koronavirus xəstələrinin müalicə edildiyi xəstəxanada baş verib. Xəstəxananın digər pasiyentləri yaxınlıqdakı tibb müəssisələrinə köçürülüblər.

Yanğınsöndürənlər alovu söndürmək üçün təxminən iki saat vaxt sərf ediblər. Hadisənin başvermə səbəbləri müəyyənləşdirilir.

Qeyd edək ki, bu, son günlər Hindistanda xəstəxanada baş vermiş növbəti bədbəxt hadisədir.

Aprelin 21-də bu ştatın başqa xəstəxanasında oksigen sızması baş verib. Nəticədə süni tənəffüs aparatlarına qoşulmuş 22 pasiyent həlak olub.

Son xəbərlər

Orphus sistemi