Hindistanda xəstəxanada yanğın olub, ölənlər var

Hindistanda xəstəxanada yanğın olub, ölənlər var Hindistanın Naqpur şəhərində koronavirusa yoluxmuş pasiyentlərin müalicə aldığı xəstəxanada baş vermiş yanğın nəticəsində azı 4 nəfər həlak olub
Digər ölkələr
10 Aprel , 2021 01:53
Hindistanda xəstəxanada yanğın olub, ölənlər var

Hindistanın Naqpur şəhərində koronavirusa yoluxmuş pasiyentlərin müalicə aldığı xəstəxanada baş vermiş yanğın nəticəsində azı 4 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə mənbələrə istinadən “Hindustan Times” qəzeti bildirib.

Məlumata görə, yanğın xəstəxananın birinci mərtəbəsində başlayıb. Alovun tüstüsü 10 pasiyentin müalicə edildiyi ikinci mərtəbəyə - reanimasiya şöbəsinə yayılıb. Xəstəxananın personalı yalnız altı nəfəri xilas etməyə nal olub, digər dörd pasiyent həlak olub. Həlak olanların şəxsiyyətləri hələ müəyyənləşdirilməyib.

Qeyd edilir ki, 27 pasiyent ağır vəziyyətdə başqa xəstəxanalara aparılıb.

Yanğının başvermə səbəbi hələ müəyyənləşdirilməyib, lakin ilkin versiyaya görə, hadisə qısaqapanma səbəbindən baş verib.

Son xəbərlər

Orphus sistemi