Hindistanda virusdan ölənlərin sayı 332 minə yaxınlaşır

Hindistanda virusdan ölənlərin sayı 332 minə yaxınlaşır Hindistanda ötən gün ərzində daha 126 698 nəfər koronavirusa yoluxub.
Digər ölkələr
1 İyun , 2021 02:14
Hindistanda virusdan ölənlərin sayı 332 minə yaxınlaşır

Hindistanda ötən gün ərzində daha 126 698 nəfər koronavirusa yoluxub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə pandemiya dövründə koronavirusa yoluxanların ümumi sayı 28 173 655-ə çatıb.

Həmçinin qeyd olunub ki, ötən sutka ərzində koronavirusdan 2 782 nəfər ölüb. Bununla da Hindistan üzrə koronavirusdan ölənlərin ümumi sayı 331 909-a çatıb.

Son xəbərlər

Orphus sistemi