Hindistanda üç gün ərzində 60-dan çox uşaq infeksiyadan ölüb

Hindistanda üç gün ərzində 60-dan çox uşaq infeksiyadan ölüb Son 24 saatda Qorakhpurda 19 uşaq ölüb
Digər ölkələr
30 Avqust , 2017 12:20
Hindistanda üç gün ərzində 60-dan çox uşaq infeksiyadan ölüb
NDTV

Bakı. 30 avqust. REPORT.AZ/ Hindistanın Qorakhpur şəhərində yerləşən Baba Raqhav Das Xəstəxanasında son 72 saat ərzində 61 uşaq ölüb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu, elə üç həftə əvvəl 70 uşağın öldüyü xəstəxanadır.

Təkcə son 24 saatda burada 19 uşaq ölüb.

Balaca pasientlərin ölüm səbəbi kimi həkimlər ensefalit, eləcə də digər infeksiyalar və pnevmaniyanı göstərirlər. Xəstəxananın həkimləri növbəti kütləvi ölüm halının xəstəxananın yerləşdiyi Uttar-Pradeş və Bihar vilayətlərini cənginə alan güclü daşqınlarla bağlı olduğunu düşünürlər. Çünki təbbi fəlakətin təsiri altında olan bölgələrdən xəstəxanaya daim ağır vəziyyətdə olan xəstə uşaqlar gətirilir. 

Son xəbərlər

Orphus sistemi