Hindistanda transformatorun partlaması nəticəsində 14 nəfər həlak olub

Hindistanda transformatorun partlaması nəticəsində 14 nəfər həlak olub Partlayış zamanı transformatorun yaxınlığında toyu bayram edən yerli sakinlər olublar
Digər ölkələr
1 Noyabr , 2017 12:24
Hindistanda transformatorun partlaması nəticəsində 14 nəfər həlak olub
РИА Новости / Константин Чалабов

Bakı. 1 noyabr. REPORT.AZ/ Hindistanın Racasthan vilayətində transformatorun partlayış nəticəsində 14 nəfər həlak olub, 7 nəfər yaralanıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dünən Şahpur şəhəri yaxınlığındakı Xatulay kəndində baş verib.

Hadisə qurbanlarının sayının çoxluğu partlayış zamanı transformatorun yaxınlığında toyu bayram edən yerli sakinlərin olması ilə bağlıdır. Polisdən qeyd ediblər ki, partlayış zamanı qaynar transformator yağı çölə püskürüb, bir çox insan ciddi yanıq xəsarətləri alıb.

Partlayışın dəqiq səbəbləri bilinmir.

Son xəbərlər

Orphus sistemi