Hindistanda toydan qayıdarkən yol qəzasında 12 nəfər ölüb, 30 nəfər yaralanıb

Hindistanda toydan qayıdarkən yol qəzasında 12 nəfər ölüb, 30 nəfər yaralanıb Qəza sürücü öndə gedən avtomobili ötməyə çalışan zaman baş verib
Digər ölkələr
30 Oktyabr , 2017 12:12
Hindistanda toydan qayıdarkən yol qəzasında 12 nəfər ölüb, 30 nəfər yaralanıb
Flickr / meg and rahul

Bakı. 30 oktyabr. REPORT.AZ/ Hindistanın Karnataka vilayətində baş verən yol qəzasında 12 nəfər həlak olub, 30 nəfər yaralanıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə Maddur-Kuniqal şossesinin Mandya bölgəsindəki hissəsində baş verib. Yük yerində onlarla adamın olduğu yük maşını ağaca çırpılıb.

Məlumata görə, sərnişinlər toydan Maysdura qayıdırlarmış. Qəza sürücü öndə gedən avtomobili ötməyə çalışan zaman baş verib. İki nəfər hadisə yerində ölüb, digərləri xəstəxanada keçinib.

Son xəbərlər

Orphus sistemi