Bakı. 20 yanvar. REPORT.AZ/ Hindistanın kəşfiyyat xidməti ölkə paytaxtı Dehli və Haridvara şəhərlərində terror aksiyasının qarşısını alıb.
"Report" xəbər verir ki, bu haqda "The Times of İndia" qəzeti məlumat yayıb.
Məlumata görə, antiterror əməliyyatı nəticəsində 3 nəfər tutulub. Onlar İŞİD terrorçu qruplaşmasının üzvləridir.
Hüquq-mühafizə orqanlarından bildirilib ki, tutulanlar Nyu-Dehlinin bir sıra yerlərində, o cümlədən ticarət mərkəzlərində terror aksiyaları keçirməyə hazırlığı başa çatdırmaq ərəfəsində imişlər. Onların Suriyadakı adamları ilə əlaqə saxladıqları da bildirilib.