Hindistanda tələbələr selfi çəkdirərkən qatarın altında qalıb

Hindistanda tələbələr selfi çəkdirərkən qatarın altında qalıb Həlak olanların 16, 18 və 20 yaşları var
Digər ölkələr
3 Oktyabr , 2017 22:39
Hindistanda tələbələr selfi çəkdirərkən qatarın altında qalıb
Wallpaperstock.ru

Bakı. 3 oktyabr. REPORT.AZ/ Hindistanda üç tələbə dəmir yolunda selfi çəkdirmək istəyərkən qatarın altında qalaraq ölüb.

"Report"un məlumatına görə, bu barədə "Sinxua" agentliyi xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə ölkənin cənubunda, Karnataka ştatında, Banqalor şəhərindən 30 kilometr cənubda baş verib. Ölənlərin institut tələbələri olduqları bildirilir. Həlak olanların 16, 18 və 20 yaşları var.

Polis dəmir yolunda iki motosiklet və həlak olanların çantalarını tapıb.

Son xəbərlər

Orphus sistemi