Hindistanda son sutkada koronavirusa 300 minə yaxın yoluxma halı qeydə alınıb

Hindistanda son sutkada koronavirusa 300 minə yaxın yoluxma halı qeydə alınıb Hindistanda son sutka ərzində COVID-19 infeksiyasına 295 041 yeni yoluxma faktı qeydə alınıb
Digər ölkələr
21 Aprel , 2021 09:59
Hindistanda son sutkada koronavirusa 300 minə yaxın yoluxma halı qeydə alınıb

Hindistanda son sutka ərzində COVID-19 infeksiyasına 295 041 yeni yoluxma faktı qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Federal Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da Hindistanda yoluxma hallarının sayı 15,6 milyonu ötüb.

Son 24 saatda ölkədə koronavirusdan 2 mindən çox insan ölüb və ölənlərin sayı 182 minə çatıb.

COVID-19-a yoluxan 13,2 milyondan çox insan sağalıb.

Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların sayına görə dünyada ABŞ-dan sonra ikinci yerdə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi