Hindistanda siklon 11 nəfərin həyatına son qoyub, 76 min insan təxliyyə olunub

Hindistanda siklon 11 nəfərin həyatına son qoyub, 76 min insan təxliyyə olunub Bakı. 16 noyabr. REPORT.AZ/ Qaca (Gaja) siklonu Hindistanın cənubundakı Tamil Nadu vilayətində böyük fəsadlara səbəb olub.
Digər ölkələr
16 noyabr 2018 07:26
Hindistanda siklon 11 nəfərin həyatına son qoyub, 76 min insan təxliyyə olunub

Bakı. 16 noyabr. REPORT.AZ/ "Qaca" (Gaja) siklonu Hindistanın cənubundakı Tamil Nadu vilayətində böyük fəsadlara səbəb olub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, siklon 11 nəfərin həyatına son qoyub, 76 min insan daha təhlükəsiz əraziyə təxliyyə olunub.

Qeyd edək ki, dünəndən ştatın sahilyanı ərazilərində güclü küləklə müşayiət olunan leysan yağışı tüğyan edir. Siklon dünən gecə daha da güclənib. Təbii fəlakət ən çox Naqapattinam, Tiruvarur və Tancor şəhərlərinə zərər vurub. Siklon nəticəsində şəhərlərdə ağaclar kökündən qopub, bəzi yerlərdə elektrik enerjisinin ötürülməsində kəsilmələr baş verib. Ştatın yeddi rayonunda təhsil müəssisələrində dərsləri ləğv edilib.

Təxliyyə edilənlər 300-dən çox yardım mərkəzində yerləşdiriliblər.

Son xəbərlər

Orphus sistemi