Bakı. 29 avqust. REPORT.AZ/ Hindistanda Naqpur-Mumbai marşrutu ilə hərəkət edən sərnişin qatarının lokomotivi və dörd vaqonu Tituola (Maharaştra ştatı) şəhəri yaxınlığında relsdən çıxıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı "Times of India" qəzeti məlumat yayıb.
Hadisə Bakı vaxtı ilə 5:10 radələrində baş verib. Qəza nəticəsində xəsarət alanlar var, lakin onların sayı və vəziyyəti barədə məlumat verilmir.