Hindistanda sərnişin avtobusu dərəyə aşıb, 17 nəfər ölüb

Hindistanda sərnişin avtobusu dərəyə aşıb, 17 nəfər ölüb Sərnişin avtobusu iki minik avtomobili ilə toqquşub
Digər ölkələr
5 İyun , 2016 10:10
Hindistanda sərnişin avtobusu dərəyə aşıb, 17 nəfər ölüb

Bakı. 5 iyun. REPORT.AZ/ Hindistanda sərnişin avtobusunun dərəyə yuvarlanması nəticəsində on yeddi nəfər ölüb. 

"Report"un məlumatına görə, bu barədə bazar günü Sinxua agentliyi məlumat yayıb.

Məlumata görə, Mumbai-Puna avtomobil magistralı ilə hərəkət edən sərnişin avtobusu bazar günü səhər iki minik avtomobili ilə toqquşub və dərəyə düşüb. Hadisə nəticəsində ən azı 35 nəfər xəsarət alıb

Hazırda hadisənin baş verdiyi ərazidə xilasetmə işləri aparılır.

Son xəbərlər

Orphus sistemi