​Hindistanda qul kimi işlədilən 100-dən çox uşaq köləlikdən xilas edilib

​Hindistanda qul kimi işlədilən 100-dən çox uşaq köləlikdən xilas edilib Fabrik rəhbərliyinə qarşı cinayət işi qaldırılıb
Digər ölkələr
5 İyun , 2016 17:09
​Hindistanda qul kimi işlədilən 100-dən çox uşaq köləlikdən xilas edilib

Bakı. 5 iyun. REPORT.AZ/ Hindistanın qərbindəki Qudcarat ştatında keramika məhsulları istehsal edən fabrikdə qul kimi işlədilən yaşı 14-dək olan 100-dən çox uşaq köləlikdən xilas edilib. "Report"un "TASS"a istinadən verdiyi məlumata görə, bu haqda polisə fabrikdə baş verənləri müşahidə etmiş tələbə hüquq-mühafizə orqanlarına xəbər verib.

Morbi şəhərindəki qohumlarına qonaq gəlmiş tələbə Hindistanın bütün keramik məhsulların təxminən 80 faizinin istehsal olunduğu kimi "Sonaki Keramik" fabrikinin qarşısında içində məktəblilərə bənzəməyən uşaqların olduğu avtobusu görüb.

O, bu prosesi bir neçə gün ardıcıl izləyib və tətildə işə düzəltmək bəhanəsi ilə fabrikə daxil olub. Tələbə fabrikin sexlərində ağır şəraitdə çalışmağa məcbur edilmiş çoxlu sayda uşağı görüb.

"Onlar səhər saat 8-dan axşam saat 6-dək qızmar sobanın ətrafında işləməyə məcbur edilirdilər. Uşaqlara işçi zonadan kənara çıxmağa icazə verilmirdi. Onlara hətta içmək üçün soyuq su da vermirdilər", - deyə tələbə bildirib.

Tələbə müvafiq qurumlara bu haqda məlumat vermək qərarına gəlib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat zamanı fabrikdə qul kimi işlədilən 14 yaşdan 8 yaşadək olan 11 oğlan və 100 qız köləlikdən xilas edilib. 

Fabrik rəhbərliyinə qarşı cinayət işi qaldırılıb və uşaqların valideynlərinin ifadələri alınır.

Son xəbərlər

Orphus sistemi