Hindistanda qayığın aşması nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb - ƏLAVƏ OLUNUB

Hindistanda qayığın aşması nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb - ƏLAVƏ OLUNUB Qayıqda 60 sərnişin olub
Digər ölkələr
14 Sentyabr , 2017 10:21
Hindistanda qayığın aşması nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb - ƏLAVƏ OLUNUB
AP / Rafiq Maqbool

Bakı. 14 sentyabr. REPORT.AZ/ Hindistanda qayığın aşması nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb. 

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, itkin düşən şəxslərin axtarışları davam etdirilir.

*** 

Hindistanda Yamuna çayında qayığın aşması nəticəsində azı 15 nəfər ölüb.

“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə sentyabrın 14-də səhər saatlarında çayın Uttar-Prateş ştatının Baqhpat dairəsindən keçən hissəsində baş verib. 

İnformasiyaya əsasən, Yamuna çayı Uttar-Prateşlə Xaryana ştatlarının sərhədindən axır. Qayıqdakı sərnişinlər həmin əraziyə gedirmiş. Qayıqda 60 sərnişin olub. Onların 12-si sağ-salamat xilas edilib.

Xilasedicilər hadisə yerində axtarış-xilasetmə əməliyyatı aparır.

Qəzanın səbəbi araşdırılır. 

Son xəbərlər

Orphus sistemi