Hindistanda qatarın relsdən çıxması nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb

Hindistanda qatarın relsdən çıxması nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb Qatar Caqdalpur şəhərindən Bhubaneşvar şəhərinə hərəkət edib
Digər ölkələr
23 Yanvar , 2017 13:17
Hindistanda qatarın relsdən çıxması nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb

Bakı. 23 yanvar. REPORT.AZ/ Hindistanın şərqində qatarın relsdən çıxması nəticəsində baş verən qəzada ölənlərin sayı 41 nəfərə çatıb, daha 68 nəfər isə yaralanıb. Bu gün qəza yerində daha 2 nəfərin cəsədi tapılıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli polisdən məlumat veriblər.

Daha əvvəl ölü sayı 39, yaralı sayı isə 50 göstərilirdi.

Xatırladaq ki, yanvarın 22-nə keçən gecə Orissa və Andxra-Pradeş ştatlarının sərhədində ekspress qatarın 8 vaqonu və lokomotivi relsdən çıxıb. Qatar Caqdalpur şəhərindən Bhubaneşvar şəhərinə - Orissa ştatının paytaxtına hərəkət edib. 

Son xəbərlər

Orphus sistemi