Hindistanda qatar qəzasında 25-dən çox insan ölüb

Hindistanda qatar qəzasında 25-dən çox insan ölüb Son 5 ildə Hindistanda baş verən qatar qəzalarında 1000-dən çox insan həyatını itirib
Digər ölkələr
5 Avqust , 2015 13:10
Hindistanda qatar qəzasında 25-dən çox insan ölüb

Bakı. 5 avqust. REPORT.AZ/ Hindistanın Madhya-Pradeş ştatında iki sərnişin qatarının toqquşması nəticəsində 25 nəfər ölüb, 50-dən çox insan yaralanıb. 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, hadisə dünən gecə saatlarında baş verib. Belə ki, Mumbaya gedən "Kamayani Express" qatarı Maçak çayının üzərindəki körpüdən keçərkən aşıb. Qəzadan bir neçə dəqiqə sonra qarşı istiqamətdən gələn başqa qatar da relsdən çıxıb.

Hər iki qatarın toqquşması nəticəsində 25 nəfər ölüb, çoxlu sayda insan yaralanıb. Xəstəxanaya aparılan bəzi xəstələrin vəziyyətinin ağır olduğu bildirilir.

Dəmiryolları İdarəsinin rəsmiləri qəzaya səbəb kimi yağışdan sonra reyslərin palçıqlı olmasını göstəriblər. Buna görə də qatarların çoxu palçıqlı olduğundan xilasetmə işlərində müəyyən çətinliklər yaranıb. Buna baxmayaraq, qatarda olan 300 sərnişin xilas edilib.

Artıq hadisə ilə əlaqədar aradırmalara başlanılıb. 

Xatrıladaq ki, son 5 ildə Hindistanda baş verən qatar qəzalarında 1000-dən çox insan həyatını itirib.  

Son xəbərlər

Orphus sistemi