Yuxarı
    Bağlamaq

    Hindistanda qatar qəzasında 24 nəfər ölüb

    Qatarların Maçak çayının üzərindəki kiçik körpüdən keçərkən relsdən çıxdığı bildirilir

    Bakı. 5 avqust. REPORT.AZ/ Hindistanın mərkəzində baş verən daşqınlar iki sərnişin qatarının qəzaya uğramasına səbəb olub. Nəticədə azı 24 nəfər ölüb, onlarla insan yaralanıb.

    "Report" Amerikanın səsinə istinadən xəbər verir ki, qatarların Madya-Pradeş ştatında Maçak çayının üzərindəki kiçik körpüdən keçərkən relsdən çıxdığı bildirilir.

    Gecə qaranlığında sərnişinlərin axtarışının çətin olduğu, bəzi sərnişinlərin yarıya qədər palçığa batmış vaqonlarda qaldığı deyilir.

    Məlumatda bildirilir ki, səhər 300-dən çox sərnişin xilas edilib, lakin ölənlərin sayının daha çox olacağı ilə bağlı narahatlıqlar mövcuddur.

    Hər gün 20 milyondan çox sərnişinin daşındığı dünyanın ən böyük dəmir yolu şəbəkəsinə malik Hindistanda qəzalar tez-tez baş verir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi