Hindistanda qatar qəzası nəticəsində ölənlərin sayı 133 nəfərə çatıb - YENİLƏNİB

Hindistanda qatar qəzası nəticəsində ölənlərin sayı 133 nəfərə çatıb - YENİLƏNİB Bu ana qədər 80 nəfərin cəsədinin şəxsiyyəti müəyyənləşdirilib
Digər ölkələr
21 Noyabr , 2016 09:35
Hindistanda qatar qəzası nəticəsində ölənlərin sayı 133 nəfərə çatıb - YENİLƏNİB

Bakı. 21 noyabr. REPORT.AZ/ Hindistanın şimalında yerləşən Uttar Pradeş ştatında sərnişin qatarının relsdən çıxaraq aşması nəticəsində ölənlərin sayı 133 nəfərə çatıb.

Bu barədə "Report" Hindistan KİV-inə istinadən xəbər verir.

Bu ana qədər 80 nəfərin cəsədinin şəxsiyyəti müəyyənləşdirilib. Onların hamısı Hindistan vətəndaşlarıdır və ölkənin 4 ştatının - Uttar Pradeş (45 nəfər), Madhya Pradeş (20), Bihar (14) və Maharaştra (1) sakinləridir.

Qəzanın səbəbi hələ də məlum deyil. İxtisaslı qurumların rəsmiləri qəzaya relslərdən birindəki nasazlığın səbəb ola biləcəyini ehtimal edir.

***17:00

Bakı. 20 noyabr. REPORT.AZ/ Hindistanın şimalında sərnişin qatarının relsdən çıxaraq aşması nəticəsində ölənlərin sayı 116 nəfərə çatıb. Xilasedicilər qaranlığın düşməsinə baxmayaraq xilasetmə işlərini davam etdirirlər.

“Report” NDTV telekanalına istinadən xəbər verir ki, qəza nəticəsində təqribən 200 nəfər xəsarət alıb.

Xilasedicilər ölən və yaralananların sayının artacağını ehtimal edirlər. Çünki onlar qatarın relsdən çıxan bəzi vaqonlarının içərisinə hələ ki, daxil ola bilməyiblər.

İndor – Patna marşrutu üzrə hərəkət edən 14 vaqondan ibarət sərnişin qatarı şimal ştatı Uttar-Pradeşdə relsdən çıxıb.

***10:03

Hindistanda sərnişin qatarının vaqonlarının relsdən çıxaraq aşması nəticəsində 91 nəfər həyatını itirib.

“Report” xəbər verir ki, bu barədə yerli polisə istinadən “Frans Press” məlumat yayıb.

Əvvəl ölənlərin 60, yaralıların 150-dən çox olduğu bildirilirdi.

Son xəbərlər

Orphus sistemi