Yuxarı

Hindistanda etirazçıların polislə kütləvi toqquşmaları zamanı 250 nəfər xəsarət alıb

Polis etirazçılara atəşi zamanı 1 gənc dünyasını dəyişib

Bakı. 4 sentyabr. REPORT.AZ/ Hindistanın iki ştatında polislə etirazçılar arasında baş vermiş toqquşmalarda 250 nəfər xəsarət alıb.

"Report"un məlumatına görə, bu barədə "Tribune" qəzeti xəbər yayıb.

Kütləvi iğtişaşların 2 aydır davam etdiyi bildirilir. Nəşrin məlumatına görə, ən şiddətli toqquşmalar Anantnaq və Şopian dairələrində baş verib.

Həmin ərazilərdə gənclər polis məntəqələrini və yerli hakimiyyətin binasını daşa basmağa başlayıblar. Polis etirazçılara pnevmatik tüfəngdən atəş açıb. Nəticədə 1 gənc dünyasını dəyişib.

Bazar günü keçirilən kütləvi etirazlar bu gəncin ölümünə cavabı olub.

Qəzetin yazdığına görə, 100 nəfər isə ağır xəsarətlərlə xəstəxanalara çatdırılıb. Bununla Kəşmirdəki iğtişaşların qurbanı olanların sayı 74-ə çatıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi