Hindistanda polis etirazçılara atəş açıb, azı 6 nəfər ölüb

Hindistanda polis etirazçılara atəş açıb, azı 6 nəfər ölüb Etirazçılar seçki məntəqələrinə hücum ediblər
Digər ölkələr
9 Aprel , 2017 16:58
Hindistanda polis etirazçılara atəş açıb, azı 6 nəfər ölüb

Bakı. 9 aprel. REPORT.AZ/ Hindistanın Cammu və Kəşmir ştatında etirazçılar ilə polis arasında baş verən toqquşmalar nəticəsində azı 6 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə "Times of India" qəzeti məlumat yayıb.

Polis seçki məntəqələrinə hücum edən kütləyə atəş açmaq məcburiyyətində qalıb.

Bu gün Hindistanın 29 ştatından 9-da, eləcə də Cammu və Kəşmirdə ştat assambleyası və ölkə parlamentinə əlavə seçkilər keçirilir.

Qəzetin məlumatına görə, Qanderbal və Badqam dairələrində seçkiləri boykot edən etirazçılar seçki məntəqələrinə daş və yandırıcı qatışıqlı butulkalar atıblar. İğtişaşlar digər dairələrdə də baş verib.

Son xəbərlər

Orphus sistemi