Hindistanda piyada körpüsü çöküb, onlarla insan xəsarət alıb - FOTO

Hindistanda piyada körpüsü çöküb, onlarla insan xəsarət alıb - FOTO Axtarış tədbirləri həyata keçirilir
Digər ölkələr
30 Oktyabr , 2017 12:23
Hindistanda piyada körpüsü çöküb, onlarla insan xəsarət alıb - FOTO

Bakı. 30 oktyabr. REPORT.AZ/ Hindistanın cənub-qərbindəki Kerala əyalətinin kəndində köhnə metal körpü çöküb. 

"Report" Hindistan KİV-inə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər həlak olub, 57 nəfər yaralanıb.

Məlumata görə, hadisə zamanı körpüdə "Kerala Minerals and Metals" şirkətinin təqribən 70 əməkdaşı olub. Yaralılar yerli xəstəxanalara çatdırılıblar.

Rəsmilər körpünün çökməsi nəticəsində bir neçə nəfərin göldə boğula biləcəyini düşünür, axtarış tədbirləri həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi