Hindistanda orduya hücum etmiş terrorçular zərərsizləşdirilib

Hindistanda orduya hücum etmiş terrorçular zərərsizləşdirilib Bakı. 11 fevral. REPORT.AZ/ Hindistan ordusu Cammu və Kaşmir ştatlarında hərbi düşərgəyə hücum etmiş Caiş-e-Məhəmməd terrorçu qruplaşmasının 3 terrorçusunu məhv edib.
Digər ölkələr
11 Fevral , 2018 04:50
Hindistanda orduya hücum etmiş terrorçular zərərsizləşdirilib
Foto: © Flickr/Flying Cloud

Bakı. 11 fevral. REPORT.AZ/ Hindistan ordusu Cammu və Kaşmir ştatlarında hərbi düşərgəyə hücum etmiş "Caiş-e-Məhəmməd" terrorçu qruplaşmasının 3 terrorçusunu məhv edib.

"Report RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "NDTV" telekanalı məlumat yayıb.

Xəbərdə bildirilir ki, silahlılar şənbə gününə keçən gecə düşərgəyə hücum edərək, avtomat silahlardan atəş açıblar. Habelə Suncavan ərazisinə bir neçə qumbara atıblar.

Həmin ərazidə hərbi qulluqçuların ailələri yaşayır. Terrorçular bundan sonra qaçaraq gizləniblər. 

Telekanalın məlumatına görə, hücum zamanı 2 nəfər həlak olub, daha 9 nəfər yaralanıb. Yaralılar arasında qadınlar və uşaqlar da var. Xəsarət alanlardan ikisi ağır vəziyyətdədir.

Digər terrorçuların axtarışı davam etdirilir. 

Son xəbərlər

Orphus sistemi