Hindistanda ağır yol qəzasında onlarla insan həlak olub

Hindistanda ağır yol qəzasında onlarla insan həlak olub Hindistanda ağır yol qəzası baş verib.
Digər ölkələr
10 yanvar 2020 22:48

Hindistanda ağır yol qəzası baş verib.

“Report”un məlumatına görə, bu barədə “The Times of India” qəzeti bildirib.

Məlumata görə, qəza Uttar-Pradeş ştatında qeydə alınıb. Kannauj şəhərindən Caypur istiqamətində hərəkət edən sərnişin avtobusunun duru yanacaq daşıyan yük maşını ilə toqquşması nəticəsində azı 20 nəfər həlak olub. 

Qəza nəticəsində yanğın da baş verib. Hadisə zamanı daha 21 nəfər yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Qeyd edilir ki, avtomobillərdə ümumilikdə 70 nəfər olub. Ölənlərin sayının artacağı istisna edilmir.

Son xəbərlər

Orphus sistemi