Yuxarı

Hindistanda onlarla adam yol ötürücüsünün dağıntıları altında qalıb

Qəza nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb

Bakı. 1 aprel. REPORT.AZ/ Martın 31-də Hindistanın Kəlküttə şəhərində tikintisi tam bitməmiş yol ötürücüsünün çökməsindən sonra hələ də onlarla adam dağıntının altında qalıb. "Report" Hindistan KİV-inə istinadən xəbər verir ki, hadisə yerində xilasetmə işləri davam etdirilir.

Qəza nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb.

Uzunluğu iki km olan estakada 2009-cu ildən inşa olunur. Eyni zamanda işin bitmə tarixi bir neçə dəfə ertələnib.

Hələlik çökmənin səbəbi məlum deyil. Lakin ehtimallar arasında tikintinin keyfiyyətinin nəzarətsiz qalması və material qıtlığı da var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi