Hindistanda Obamanın səfəri ərəfəsində mümkün terror aktları haqqında xəbərdarlıq verilib

Hindistanda Obamanın səfəri ərəfəsində mümkün terror aktları haqqında xəbərdarlıq verilib Hindistanın xüsusi xidmət orqanları ölkə ərazisində pakistanlı terrorçuların fəallaşdığını bildiriblər
Digər ölkələr
15 Yanvar , 2015 13:57
Hindistanda Obamanın səfəri ərəfəsində mümkün terror aktları haqqında xəbərdarlıq verilib

Bakı. 15 yanvar. REPORT.AZ/ Hindistanın xüsusi xidmət orqanları ABŞ prezidenti Barak Obamanın yanvarın 25-27-də nəzərdə tutulan səfəri ərəfəsində ölkənin iri şəhərlərində baş verə biləcək mümkün terror aktları haqqında xəbərdarlıq ediblər. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Zee News" portalında məlumat verilib.

16-cı ordu korpusunun komandiri general-leytenant Karan Sinqx bildirib ki, terrorçuların ən zəif hədəflərə, o cümlədən məktəblərə, ticarət mərkəzlərinə və yaşayış məntəqələrinə hücum etmək niyyətləri haqqında məlumatlar var. 

Hindistanın daxili işlər naziri Rancit Sinqxin sözlərinə görə, ABŞ prezidentinin səfəri zamanı ölkədə maksimum dərəcədə təhlükəsizlik tədbirləri görüləcək. 

Son xəbərlər

Orphus sistemi