Hindistanda universitetə hücumdan sonra tələbə etirazları başlayıb - VİDEO

Hindistanda universitetə hücumdan sonra tələbə etirazları başlayıb - VİDEO Hindistanda naməlum şəxslərin Cəvahirləl Nehru adına Universitetə 40-dan çox insanın xəsarət alması ilə nəticələnən hücumundan sonra ölkənin müxtəlif şəhərlərində kütləvi tələbə çıxışları başlayıb.
Digər ölkələr
6 Yanvar , 2020 05:52
Hindistanda universitetə hücumdan sonra tələbə etirazları başlayıb - VİDEO

Hindistanda naməlum şəxslərin Cəvahirləl Nehru adına Universitetə 40-dan çox insanın xəsarət alması ilə nəticələnən hücumundan sonra ölkənin müxtəlif şəhərlərində kütləvi tələbə çıxışları başlayıb.

Bu barədə “Report” NDTV telekanalına istinadən xəbər verir.

Bildirilir ki, etirazlar Mumbayda, Aliqarhda, Punedə, Kəlküttədə, Heydərəbadda qeydə alınıb.

Tələbələr hücumun təqsirkarlarını dərhal cəzalandırmağı tələb edərək nümayişlər təşkil edirlər. Nyu-Dehlidə bir neçə yüz insan asayiş keşikçilərini "fəaliyyətsizlikdə və talançılara yol verməkdə" ittiham edərək şəhər polisinin qərargah binası qarşısında aksiyaya toplaşıb.

Qeyd edək ki, bazar günü axşam satlarında maskalı 60-70 naməlum şəxs Nyu-Dehlinin aparıcı ali məktəblərindən birinin universitet şəhərciyinə hücum edib. Cinayətkarlar avtomobillərə zərər vurublar, şüşələri sındırıblar, tələbələri və müəllimləri döyüblər. Son məlumatlara görə, hadisə zamanı 30 tələbə və 12 müəllim, professor xəsarət alıb.

Bir sıra mətbu orqanların məlumatına görə, zərər çəkənlər arasında daha çox sol hərəkata aid gənclər təşkil edir. 

Son xəbərlər

Orphus sistemi