Hindistanda müsəlmanların evləri yandırılıb, ölənlər var

Hindistanda müsəlmanların evləri yandırılıb, ölənlər var Dini zəmində baş verən münaqişə nəticəsində ən azı üç müsəlman həlak olub
Digər ölkələr
19 Yanvar , 2015 07:27
Hindistanda müsəlmanların evləri yandırılıb, ölənlər var

Bakı. 19 yanvar. REPORT.AZ/ Hindistanın şərqində dini zəmində baş verən münaqişə nəticəsində ən azı üç müsəlman həlak olub.

Report BBC-yə istinadən xəbər verir ki, kütlə həsirdən tikilmiş evlərə od vurub və insanlar orada diri-diri yanıb.

Bihar ştatının yerli icra orqanlarının məlumatına görə, hindu və müsəlman icmaları arasında münaqişə ölkə paytaxtı yaxınlığındakı kəndlərdən birində gənc hindu oğlanın meyitinin aşkar edilməsi səbəbindən baş qaldırıb.

Ölənin həmkəndliləri baş verən hadisədə müsəlmanları ittiham ediblər. Guya müsəlmanlar gənc oğlanı kənddən bir qızla yoldaşlıq etdiyi üçün qətlə yetiriblər.

Evlərin yandırılması ilə bağlı polis hindu icmasından 8 nəfəri həbs edib. Hazırda vəziyyət nəzarət altındadır.

Son xəbərlər

Orphus sistemi