Bakı. 8 may. REPORT.AZ/ Hindistanın şimalında sərnişinlə dolu mikroavtobus yolun uçmuş hissəsi səbəbindən dərəyə aşıb. Nəticədə 14 nəfər həyatını itirib, daha 41 sərnişin yaralanıb.
"Report" xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən "Frans Press" məlumat yayıb.
Mikroavtobus Himaçal-Pradeş ştatının Kinnaur dairəsinə gedirmiş.
"Ölənlərin sayı 14 nəfərə çatıb, 41 nəfər yaralanıb. Ölənlər arasında sürücü və altı yaşlı qız da var", — deyə ştat rəsmisi Sandin Kadam bildirib.