Hindistanda məktəb avtobusunun dərəyə yuvarlanması nəticəsində 7 nəfər ölüb

Hindistanda məktəb avtobusunun dərəyə yuvarlanması nəticəsində 7 nəfər ölüb Bakı. 5 yanvar. REPORT.AZ/ Hindistanın şimalındakı Himaçal Pradeş ştatında məktəb avtobusunun dərəyə yuvarlanması nəticəsində altısı uşaq olmaqla, 7 nəfər ölüb.
Digər ölkələr
5 Yanvar , 2019 13:04
Hindistanda məktəb avtobusunun dərəyə yuvarlanması nəticəsində 7 nəfər ölüb

Bakı. 5 yanvar. REPORT.AZ/ Hindistanın şimalındakı Himaçal Pradeş ştatında məktəb avtobusunun dərəyə yuvarlanması nəticəsində altısı uşaq olmaqla, 7 nəfər ölüb.

Bu barədə "Report" "Hindustan Times"a istinadən məlumat verir.

Hadisə yerli vaxtla saat 08:30 radələrində baş verib. Qeyd olunur ki, nəqliyyat vasitəsinin sürücüsü də qəzanın qurbanı olub. 11 şagird isə xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Son xəbərlər

Orphus sistemi