Yuxarı

​Hindistanda məbəddə yanğın nəticəsində ölənlərin sayı 102 nəfərə çatıb - YENİLƏNİB

Yanğın zamanı daha 350 nəfər yaralanıb

Bakı. 10 aprel. REPORT.AZ/ Hindistanın cənub-qərbində yerləşən Kerala ştatındakı məbəddə yanğın nəticəsində ölənlərin sayı 102 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Hindu" qəzeti məlumat yayıb.

***09:25

Bazar gününə keçən gecə Hindistanın Kollam şəhərində yerləşən məbəddə baş verən yanğın nəticəsində 83 nəfər həyatını itirib, 350 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə NDTV telekanalına istinadən RİA "Novosti" məlumat yayıb.

Yanğına, ilkin məlumatlara görə, dini mərasimlər zamanı istifadə olunan fişənglərin partlaması səbəb olub. KİV-in məlumatına görə, məbəd tam olaraq dağılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi