Hindistanda leysan yağışları və daşqınlar nəticəsində insan tələfatı artır

Hindistanda leysan yağışları və daşqınlar nəticəsində insan tələfatı artır Son iki həftə ərzində Hindistanın müxtəlif bölgələrində leysan yağışları və daşqınlar, həmçinin torpaq sürüşmələri nəticəsində azı 270 nəfər ölüb, milyondan artıq əhali yurd-yuvasını tərk edib, minlərlə ev də su altında qalıb.
Digər ölkələr
14 Avqust , 2019 17:38
Hindistanda leysan yağışları və daşqınlar nəticəsində insan tələfatı artır
REUTERS / SIVARAM V

Son iki həftə ərzində Hindistanın müxtəlif bölgələrində leysan yağışları və daşqınlar, həmçinin torpaq sürüşmələri nəticəsində azı 270 nəfər ölüb, milyondan artıq əhali yurd-yuvasını tərk edib, minlərlə ev də su altında qalıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, Kerala, Kərnətəkə, Maharaştra, Qucarat ştatlarında minlərlə hektar əkin sahələri, avtomobil və dəmiryolları sıradan çıxıb.

Leysan yağışlarının Kərnətəkə, Maharaştra, Qucarat, Mədhya Pradeş ştatlarında qarşıdakı iki gün ərzində davam edəcəyi bildirilir.

Son xəbərlər

Orphus sistemi