Hindistanda leysan yağışlar 10 nəfərin ölümünə səbəb olub, itkin düşənlər var

Hindistanda leysan yağışlar 10 nəfərin ölümünə səbəb olub, itkin düşənlər var Hindistanın cənub-qərbində yerləşən Kerala əyalətinin bir neçə bölgəsinə yağan leysan yağışları nəticəsində azı 10 nəfər ölüb, 18 nəfər itkin düşüb.
Digər ölkələr
17 Oktyabr , 2021 03:12
Hindistanda leysan yağışlar 10 nəfərin ölümünə səbəb olub, itkin düşənlər var

Hindistanın cənub-qərbində yerləşən Kerala əyalətinin bir neçə bölgəsinə yağan leysan yağışları nəticəsində azı 10 nəfər ölüb, 18 nəfər itkin düşüb.

"Report" xəbər verir ki, bu barədə "Hindustan Times" qəzeti məlumat yayıb.

Məlumata görə, leysan yağışlardan ən çox əyalətin üç bölgəsi zərər görüb.

Hindistanın Meteorologiya İdarəsi əyalətin 6 rayonunda fövqəladə vəziyyət elan edib.

Əyalətdə azı 5 minə yaxın ailə təxliyə olunub.

Hökumət hava şəraiti ilə əlaqədar olaraq məbədlərə ziyarətin dayandırılmasına da qərar verib.

Son xəbərlər

Orphus sistemi