Hindistanda leysan yağışlar 102 nəfərin həyatına son qoyub

Hindistanda leysan yağışlar 102 nəfərin həyatına son qoyub Hindistanda iyunun əvvəlindən davam edən leysan yağışlar 102 nəfərin həyatına son qoyub.
Digər ölkələr
17 iyul 2022 16:09
Hindistanda leysan yağışlar 102 nəfərin həyatına son qoyub

Hindistanda iyunun əvvəlindən davam edən leysan yağışlar 102 nəfərin həyatına son qoyub.

Bu barədə “Report” “ANI News”a istinadən xəbər verir.

Məlumata görə, Maharaştra ştatında davam edən leysan yağışlar nəticəsində onlarla insan həlak olub. Leysan yağışların səbəb olduğu sel və qəzalar nəticəsində təkcə son 24 saat ərzində 2 nəfər ölüb, 68 nəfər yaralanıb.

Təbii fəlakətlə bağlı 12 min insan təxliyə edilib.

Yağıntının təsirinə məruz qalan 28 yaşayış məntəqəsinin bəzilərində “qırmızı”, digərlərində isə “narıncı” xəbərdarlıq edilib.

Qeyd edək ki, Cənubi Asiyada iyun-sentyabr aylarında davam edən musson yağışları, xüsusən Hindistanda hər il genişmiqyaslı təbii fəlakətlərə və qəzalara səbəb olur.

Son xəbərlər

Orphus sistemi