Hindistanda leysan nəticəsində ölənlərin sayı 190 nəfəri ötüb

Hindistanda leysan nəticəsində ölənlərin sayı 190 nəfəri ötüb Hindistanın qərbindəki Maharaştra əyalətində son 5 gün ərzində yağan güclü musson yağışları və sel səbəbindən ölənlərin sayı 192 nəfərə çatıb. Dünən daha 28 nəfərin meyiti aşkarlanıb.
Digər ölkələr
27 İyul , 2021 13:37
Hindistanda leysan nəticəsində ölənlərin sayı 190 nəfəri ötüb
0 : 00
0 : 00

Hindistanın qərbindəki Maharaştra əyalətində son 5 gün ərzində yağan güclü musson yağışları və sel səbəbindən ölənlərin sayı 192 nəfərə çatıb. Dünən daha 28 nəfərin meyiti aşkarlanıb.

Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə ştat hakimiyyəti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, azı 48 nəfər xəsarət alıb, daha 25 nəfər itkin düşmüş hesab olunur. İndiyədək təbii fəlakətin zərər vurduğu rayonlardan 229 074 nəfər təxliyə olunub.

Musson yağışları Maharaştra əyalətinin qərb dairələrində, o cümlədən ştatın paytaxtı olan Mumbay şəhərində selə, sürüşmələrə və dağıntılara səbəb olub. Ötən həftə ərzində ştatın bəzi rayonlarında 600 mm-dək yağıntının düşdüyü bildirilir.

Son xəbərlər

Orphus sistemi