​Hindistanda xilasedicilər aşmış körpüdə itkin düşən 42 nəfərdən 13-nün meyitini tapıb - YENİLƏNİB

​Hindistanda xilasedicilər aşmış körpüdə itkin düşən 42 nəfərdən 13-nün meyitini tapıb - YENİLƏNİB Su itkin düşənləri yüz kilometrlərlə uzağa apardığından onlar tapılmır
Digər ölkələr
5 Avqust , 2016 07:21
​Hindistanda xilasedicilər aşmış körpüdə itkin düşən 42 nəfərdən 13-nün meyitini tapıb - YENİLƏNİB

Bakı. 5 avqust. REPORT.AZ/ Hindistan xilasediciləri ölkənin qərbindəki Maxaraştra ştatında aşmış körpüdə itkin düşmüş 42 nəfərdən 13-nün meyitini tapıb. 

"Report" "TASS"  agentliyinə istinadən xəbər verir ki, bu barədə Maxaraştra ştatının baş naziri Devendra Fadnavis məlumat verib.  

O, bildirib ki, su itkin düşənləri yüz kilometrlərlə uzağa aparıb. Bu səbəbdən də onlar tapılmır. 

Baş nazir bütün bunlara baxmayaraq axtarışlarıln davam etdiriləcəyini bildirib.

***23:20

Hindistanda körpünün aşması nəticəsində 42 nəfər itkin düşüb.

"Report"un xəbər verir ki, bu barədə "IANS" agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə Maxaraştra ştatında baş verib. Hadisəyə səbəb leysan yağışları nəticəsində Savitri çayında suyun səviyyəsinin xeyli artması və su axınlarının körpünü dağıtması olub.

Dəqiqləşdirilmiş məlumatlara görə, hadisə zamanı körpüdə iki sərnişin avtobusu və bir neçə minik avtomobili olub.

Son xəbərlər

Orphus sistemi