Hindistanda koronavirusdan ölənlərin sayı 14 mini ötdü

Hindistanda koronavirusdan ölənlərin sayı 14 mini ötdü Hindistanda son sutka ərzində yeni növ koronavirusa yoluxanların sayı 14,9 min artaraq 440 215 nəfərə çatıb.
Digər ölkələr
23 İyun , 2020 10:06
Hindistanda koronavirusdan ölənlərin sayı 14 mini ötdü

Hindistanda son sutka ərzində yeni növ koronavirusa yoluxanların sayı 14,9 min artaraq 440 215 nəfərə çatıb.

“Report” xəbər ki, bunu ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyi açıqlayıb.

Nazirliyin məlumatına görə, hazır ölkədə 178 014 aktiv koronavirus xəstəsi var, 237 195 nəfər sağalıb (son gündə 10 994 pasiyent), 14 011 nəfər (son gündə 312 nəfər) ölüb.

Cons Hopkins Universitetinin hesablamalarına görə, Hindistan yoluxma hallarının sayına görə Böyük Britaniya, İtaliya və İspaniyanı qabaqlayaraq dünyada 4-cü sıraya yüksəlib. Dünyada koronavirusa yoluxma hallarının ən çox olduğu ilk 3 ölkə bunlardır: ABŞ, Braziliya və Rusiya.

Son xəbərlər

Orphus sistemi