Hindistanda daha 1 543 nəfərə koronavirus diaqnozu qoyulub.
“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyi açıqlayıb.
Məlumata görə, Hindistanda koronavirusa yoluxanların sayı 29 435 nəfərə çatıb. Bundan başqa, pandemiyadan ölənlərin sayı daha 62 nəfərə artaraq 934-ə yüksəlib. Cənubi Asiya ölkəsində indiyədək 6 828 nəfər virusdan sağalaraq evə buraxılıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 065 000-i ötüb. Bunların 922 844 nəfəri sağalıb, 211 620 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.