Hindistanda koronavirusa yoluxanların sayı 649 nəfər qeydə alınıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, məlumatı Hindistanın Səhiyyə Nazirliyi yayıb.
Bildirilib ki, martın 26-sı səhər saatlarına olan məlumata əsasən, koronavirusdan yoluxanların 13-ü ölüb.
İnformasiyaya görə, yoluxanların 602-si Hindistan, qalanı isə xarici vətəndaşlardır.
Xatırladaq ki, bir müddət əvvəl Hindistanın Baş naziri Narendra Modi ölkə üzrə 3 həftəlik karantin elan edib.