Hindistanda koronavirusa yoluxanların sayı 740 mini ötdü

Hindistanda koronavirusa yoluxanların sayı 740 mini ötdü Hindistan Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə 264 944 nəfər müalicə alır,
Digər ölkələr
8 İyul , 2020 10:04
Hindistanda koronavirusa yoluxanların sayı 740 mini ötdü

Hindistanda son sutka ərzində koronavirusa 22 700-dən çox yoluxma halı qeydə alınıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyi məlumat yayıb.

Bununla da Hindistanda COVID-19 xəstələrinin ümumi sayı  742 417 nəfərə çatıb.

Son sutkada 467 nəfər virusun qurbanı olub. Pandemiyadan ölənlərin ümumi sayı isə 20 642 nəfərə yüksəlib.

Məlumata görə, hazırda xəstəxanalarda 264 944 nəfər müalicə alır, 456 830 nəfər (son gündə 15 515 nəfər) sağalıb.

Son xəbərlər

Orphus sistemi