Hindistanda koronavirusa yoluxanların sayı 56 mini ötdü

Hindistanda koronavirusa yoluxanların sayı 56 mini ötdü Hindistanda son sutkada 103 nəfər koronavirusdan ölüb.
Digər ölkələr
8 May , 2020 09:52
Hindistanda koronavirusa yoluxanların sayı 56 mini ötdü

Hindistanda son sutkada 103 nəfər koronavirusdan ölüb.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyi açıqlayıb.

Bununla da, infeksiyadan ölənlərin sayı 1 886-ya çatıb. Son sutkada 3 300-dən çox insan virusa yoluxub. Ölkədə, ümumilikdə, 56 342 yoluxma faktı qeydə alınıb.

Son sutkada 1 273 nəfər sağalıb. Ölkə üzrə sağalanların sayı 16 538-ə yüksəlib. Hazırda 37 916 pasiyent xəstəxanalarda müalicə alır.

Hindistanın baş naziri Narendra Modi martın 25-dən tətbiq edilən özünütəcrid rejiminin müddətini mayın 17-dək uzadıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,9 milyonu ötüb. Bunların 1,3 milyon nəfərdən çoxu sağalıb, 270 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi