Hindistanda koronavirusa yoluxanların sayı 400 mini ötdü

Hindistanda koronavirusa yoluxanların sayı 400 mini ötdü Hindistanda son bir gündə daha 15 min insanda COVID-19-a yoluxma təsdiqlənib.
Digər ölkələr
21 iyun 2020 07:15
Hindistanda koronavirusa yoluxanların sayı 400 mini ötdü

Hindistanda son bir gündə daha 15 min insanda COVID-19-a yoluxma təsdiqlənib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, bununla da ölkədə virusa yoluxma hallarının ümumi sayı 410 minə çatıb.

İyunun 20-də birgünlük xəstə artımı 14,5 min təşkil edib, 19 iyunda isə bu rəqəm 13,5 min olub.

İyunun 8-də hakimiyyət orqanları məhdudlaşdırıcı tədbirlərin ləğvinin birinci mərhələsini elan edib: məbədlər, mehmanxanalar, restoranlar və ticarət mərkəzləri açılıb.

Ölkədə ümumilikdə 228 minədək koronavirus xəstəsi sağalıb, 13 mindən çox insan pandemiyanın qurbanı olub. Cənubi Asiya ölkəsi dünyada COVID-19-un yayılmasına görə ABŞ, Braziliya və Rusiyadan sonra dördüncü yerdədir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi