Hindistanda koronavirusa yoluxanların sayı 13 milyonu ötdü

Hindistanda koronavirusa yoluxanların sayı 13 milyonu ötdü Hindistanda son sutkada 131 900 nəfərdə koronavirus aşkarlanıb
Digər ölkələr
9 Aprel , 2021 10:38
Hindistanda koronavirusa yoluxanların sayı 13 milyonu ötdü

Hindistanda son sutkada 131 900 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Bildirilib ki, bu, Hindistanda COVID-19-a yoluxma ilə bağlı rekord göstərici sayılır. Ölkədə koronavirusa yoluxanların sayı 13 059 574 nəfərə çatıb.

COVID-19-un qurbanlarının ümumi sayı isə 167 mini ötüb. 11,9 miyondan çox pasiyent koronavirusdan sağalıb. Virusa yoluxan 979 min şəxsin müalicəsi davam edir.

Qeyd edək ki, aprelin 8-də 126 789 nəfərə koronavirus diaqnozu qoyulmuşdu.

Son xəbərlər

Orphus sistemi