Hindistanda koronavirusa yoluxanların sayı 1 000 nəfərə çatır

Hindistanda koronavirusa yoluxanların sayı 1 000 nəfərə çatır Hindistanda yeni növ koronavirusa yoluxma hallarının sayı son sutka ərzində 145 vahid artaraq bazar günü səhərə 979 nəfər təşkil edib.
Digər ölkələr
29 Mart , 2020 10:58
Hindistanda koronavirusa yoluxanların sayı 1 000 nəfərə çatır

Hindistanda yeni növ koronavirusa yoluxma hallarının sayı son sutka ərzində 145 vahid artaraq bazar günü səhərə 979 nəfər təşkil edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Hindistan Səhiyyə və Ailənin Rifahı Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, Hindistanda hazırda 867 xəstə müalicə olunur. Yoluxanların arasında 48 xarici vətəndaş da var. Bundan əlavə, 87 nəfər sağalıb, 25 nəfər ölüb.

Ən çox yoluxma halları Maharaştra (186 nəfər) və Kerala (182) ştatlarında qeydə alınıb. Paytaxt Nyu-Delidə 1-i əcnəbi olmaqla 39 nəfər virusa yoluxub.

Hindistanda koronavirusun yayılmasına qarşı misli görünməmiş tədbirlər görülür. Martın 23-də Baş nazir Narendra Modi bütün ştatların və birlik ərazilərinin səlahiyyətlilərini aprelin 14-dək xüsusi rejimin qorunması tədbirlərinə ciddi riayət olunmasına çağırıb. Vətəndaşlara heç yerə getməmək və mümkünsə, evdən çıxmamaq tapşırılıb. Nyu-Deli, Mumbai, Kəlküttə, Çennai, Banqalor da daxil olmaqla, bütün şəhərlərə giriş-çıxış qapadılıb.

Son xəbərlər

Orphus sistemi