Hindistanda koronavirusa qarşı 1 milyard dozadan çox vaksin vurulub

Hindistanda koronavirusa qarşı 1 milyard dozadan çox vaksin vurulub Hindistanın Səhiyyə və Ailə Rifahı Nazirliyi ölkədə COVID-19 pandemiyasına qarşı 1 milyard dozadan çox vaksin vurulduğunu açıqlayıb.
Digər ölkələr
21 Oktyabr , 2021 10:27
Hindistanda koronavirusa qarşı 1 milyard dozadan çox vaksin vurulub

Hindistanın Səhiyyə və Ailə Rifahı Nazirliyi ölkədə COVID-19 pandemiyasına qarşı 1 milyard dozadan çox vaksin vurulduğunu açıqlayıb.

“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli NDTV telekanalı məlumat yayıb.

Bu münasibətlə Nyu-Dehlinin Qırmızı fortunda 1,4 ton çəkiyə malik ölkədə ən böyük milli bayraq qaldırılacaq. Bundan başqa, bu barədə qatarlarda, təyyarələrdə və gəmilərdə elanlar veriləcək.

Ölkədə hər saniyə 700 peyvənd vurulduğu bildirilir.

Nazirliyin məlumatına görə, ölkədə yaşlı əhalinin 75%-nə peyvəndin 1-ci dozası, 31%-nə isə hər iki dozası vurulub. Ölkə əhalisinin sayı isə 1,398 milyard nəfərə çatır.

Son xəbərlər

Orphus sistemi